Dünya şöhrətli ispaniyalı opera müğənnisi 85 yaşlı Montserat Kabalye vəfat edib.

Unikal.org xarici məbuata istinadən xəbər verir ki, hadisə Barselonadakı klinikalardan birində qeydə alınıb. Elə hadisə ilə bağlı xəstəxanadan məlumat verilib. Ötən ayın axırında M.Kabalye sidik kisəsindəki nasazlığa görə xəstəxanaya yerləşdirilmişdi.

Xatırladaq ki, Monserrat Kabalye 2013 və 2014-cü illərdə Qarabağa qeyri-qanuni səfər edərək konsert verib və Azərbaycanın suverenliyi haqqında qanunu kobud şəkildə pozub. 

O bu səfərdən sonra Azərbaycan XİN-in "qara siyahısına düşmüşdü.