"BİRİ HADİSƏ YERİNDƏ, DİGƏRİ İSƏ XƏSTƏXANADA DÜNYASIN DƏYİŞİB"
 
Türkiyənin İzmir şəhərin Bayındır məhəlləsinin AK Partiyasından olan eks bələdiyyə başçısı Mehmet Kertiş birgə gül biznesi ilə məşğul olduğu Güray Seven və Saleh Balını silahla vuraraq öldürüb. 

Unikal.org xəbər verir ki, hadisə bir az əvvəl baş verib. Belə ki, Bayındır Tokatbaşı məhəlləsində yerləşən ofisdə görüşən biznes ortaqları aralarında mübahisə yaranıb. Bu zaman köhnə bələdiyyə başçısı Mehmet Kertiş, belindəki silahı çıxararaq iddiaya görə ortaqları Seven və Balını güllələyib. Hadisə zamanı Güray Seven aldığı güllə yarasından dünyasın dəyişib. Saleh Balı isə xəstəxanadan həkimlər həyatını xilas edə bilməyiblər. 
 
Hadisəni törədən Mehmet Kertiş polis tərəfindən saxlanılaraq həbs edilib. Hadisə ilə bağlı cinayət işi açılıb. 
[video= |