"Azərbaycanda Ali Məhkəmənin tədqiqatçı jurnalist Xədicə İsmayılovanın azadlığa buraxılması barədə qərarını alqışlayıram".
 
Unikal.org xəbər verir ki, bu barədə AŞPA prezidenti Pedro Aqramuntun bəyanatında deyilir.
O əlavə edib ki, daha əvvəl bir çox tanınmış jurnalistin və insan haqları müdafiəçisinin  azadlığa buraxılmasının ardından gələn bugünki qərar Azərbaycanın dönüş nöqtəsində olması ilə bağlı inamını bir daha təsdiqləyir: "Mən ölkəni bu müsbət cığırda davam etməyə çağırıram".
Avropa Parlamentinin prezidenti Martin Şultz da Xədicə İsmayılovanın azadlığa buraxılması qərarını alqışlayıb.