Sumqayıt Texnologiyalar Parkında (STP) KİV-lə əlaqələri möhkəmləndirmək, texnoparkda baş verən yeniliklər barəsində ictimaiyyətə düzgün və vaxtında informasiya vermək üçün rəhbərliyin qərarı əsasında idarə aparatının tərkibində mətbuat xidməti yaradılıb.
 
Unikal.org-un məlumatına görə, mətbuat katibi Allahverdiyev Rüstəm Əbülfət oğlu təyin edilib.  

Allahverdiyev Rüstəm 2005-2009-cu illərdə Bakı Dövlət Universiyetinin Jurnalistika fakültəsin bitirib. 2010-2014-cü illərdə həmin universitetin Hüquq fakültəsində ikinci ali təhsil alıb.

2007-ci ildən jurnalistik fəaliyyətinə başlayıb. Müxtəlif qəzetlərində müxbir, dövlət və özəl müəssisələrin mətbuat xidməti şöbələrində işləyib.