Xəbər verdiyimiz kimi, bu gündən "APA Holding" MMC fəaliyyətini tamamilə dayandırıb.

Unikal.org xəbər verir ki, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov "APA" Holdingin fəaliyyətini dayandırmasına münasibət bildirib.

Ə.Amaşov sosial şəbəkədə bu haqda yazıb:

"APA peşəsinə sadiq jurnalistlərin toplaşdığı yaradıcılıq məkanı idi. Onun fəaliyyətini dayandırması üzücüdur, təəssüf doğurur. Bu media qurumunda çalışmış həmkarlarımızı, dostlarımızı ruhdan düşməməyə çağırıram. Əminəm ki, jurnalistikamızın inkişafı naminə onlar özlərinin peşəkar fəaliyyətlərini davam etdirəcəklər. Hər birinə uğurlar arzulayıram. Bir daha təəssüf edirəm".