Ağsu rayonunda 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olan, Müdafiə Nazirliyinin xüsusi təyinatlı giziri Toğrul Fərəczadənin xatirəsinə həsr olunmuş Uşu-Sanda idman növü üzrə Respublika Turniri keçiriləcək.

Bu barədə Unikal.org-a turnirin təşkilat komitəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, yarışın təşkilatçısı Uşu-Sanda Federasiyasının prezidenti Azər Həsənsoy və 3 qat Avropa çempionu Elçin Eminovdur.

Yarış sentyabrın 2-də baş tutacaq. Turnirdə 120-dən artıq idmançı 1-ci, 2-ci və 3-cü yerlər uğrunda mübarizə aparacaq. Tədbirdə 48, 52, 56, 60, 65, 70, 75, 80, 85 və 85+ çəki dərəcələrində olan idmançılardan ibarət komandalar yarışacaq. Hər çəki dərəcəsində olan komandalar arasında qalib yerlər müəyyən ediləcək.