Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəncamı ilə Niyazi Müzəffər oğlu Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

Unikal.org-un əldə edtiyi məlumata görə, Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev yeni icra başçısını kollektivə təqdim edib. 

Prezidentin köməkçisi ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan əsas hədəflərə nail olmaq üçün şəhər icra hakimiyyətinin kollektivinə müvafiq məsləhət və tövsiyələrini verib.

Orxan Həsənli