Binəqədi DYPŞ-nin rəisi Vüqar Hüseynov vəzifəsindən azad edilib. 

Unikal.org olke.az-a istinadən xəbər verir ki, Vüqar Hüseynovun işdən çıxarılmasına səbəb polisə yaraşmayan hərəkətlər etməsi olub.

Belə ki, polis polkovniki cinsi əlaqədə olan zaman qohumları tərəfindən iş başında yaxalanıb. 

Bu zaman qohumlar Vüqar Hüseynova qarşı alçaldıcı hərəkətlər edərək telefona çəkiblər. Sonra isə onu götürüb Bİnəqədi RPİ-nin rəsinin yanına gətiriblər. Bundan sonra Binəqədi RPİ-nin rəisi DİN-ə raport yazaraq DYPŞ-nin rəisinin işdən uzaqlaşdırılmasını istəyib. 

Nəticədə Vüqar Hüseynov DİN-nin əmri ilə tutduğu vəzifədən uzaqlaşdırılıb.

Baş vermiş hadisə ilə bağlı Vüqar Hüseynovla əlaqə saxladıq. 

Polis polkovniki işdən azad olunmasını təsdiqləyərək bildirdi ki, xəstəliyi ilə əlaqədar öz ərizəsi ilə təqaüdə çıxıb.