Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun oğlu saxlanılıb.

Unikal.org "AzPolitika.infoya istinadən xəbər verir ki, Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun oğlu Aydın Abbasov bu gün Bakıya gələrkən Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Məlumatı rəsmi və digər mənbələrlə dəqiqləşdirməyə çalışırıq.

Sabiq deputat Aydın Abbasovun saxlanmasının Gəncə hadisələri ilə bağlılığı ola biləcəyi ehtimal olunur.