İspaniyadakı alimlər xərçəng xəstəliyi ilə mübarizə məsələsində yeni tədqiqatın nəticəsini açıqlayıblar.

Unikal.org  xəbər verir ki, "Politecnica de Valencie" universitetində aparılan araşdırmanın nəticələrinə əsasən, pomidor suyu içmək xərçəng riskini azaldır.

Tədqiqata əsasən, pomidora qırmızı rəng verən likopen maddəsi bişiriləndə orqanizm tərəfindən daha asan istifadə edilir. Antioksidant xüsusiyyəti olan bu maddə əsasən də prostat xərçənginə qarşı təbii müdafiə qalxanıdır.

Bundan başqa likopenlər də bağırsaqlardakı sağlam bakteriyaların artımına səbəb olur.