Əhali, əməkhaqqısının  təxminən 50 %-ini  yeməyə, içkiyə və siqaretə   xərcləyir.

Unikal.org Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 112 manatlıq ərzaq ,içki və  tutun məmulatları  alıb. Bu da o deməkdir ki, əhalinın maşının 50,5%-i bu  xərclərə  gedib.

Dəblə geyinmək istəyi də xərcləri artırır. 17,2%-lik göstərici ilə geyim və ayaqqabıya təlabat statistikada ikinci yerdə qərarlaşır.

Məişət avadanlığı və elektron cihazlara isə  maraq böyükdür. Əmək haqqının 7,4 %-i elektrik malları və mebelin alınmasına sərf olunur.

Pulun 5,7%-i isə avtomobil yanacağının payına düşür. Bu isə  o deməkdir  ki,əhalinin orta  aylıq  gəlirlərindən  30 manat bu istiqamətdə  xərclənir.

Əhali tərəfindən əczaçılıq və tibbi malların alınmasına 1,3% ayrılır.

Statistikaya görə, maaşın 17,9%-i qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.