Dünyada qəribə seks təriqəti yayılır. Cənubi Koreyada 1980-ci ildə qurulan Jesus Morning Star (İsa Səhər Ulduzu) adlı təriqət getdikcə Avstraliyada da yayılmağa başlayıb.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, təriqətin lideri Jung Myung Seok Cənubu Koreyanın paytaxtı Seulda təcavüzetmə cəzasına görə 10 ildir ki, həbsdədir. Təcavüzkar Seok 2017-ci ildə azadlığa buraxılacaq. Təriqətə qatılan gənc qızlarla təriqət liderləri cinsi əlaqəyə girərək onlara təmizlənəcəyi deyilir.

Universitetlər və modellik kurslarından olan təriqətin yeni üzvlərin ailələriylə danışıqlarına maneə törədilir. Təriqətin üzvləri gecə saatlarında dua bəhanəsiylə qaldırılaraq yuxusuz buraxılır. Yuxusuz qalanlar isə zehni cəhətdən düzgün düşünə bilmirlər. Bu mənada təriqətin şəbəkəsinə düşənlər tənqidi düşünə bilmir.

Təriqətin Avstraliyadakı fəaliyyətləri "Jesus Morning Starın" paytaxt Canberradakı qrupuyla 18 ay keçirən Elizabeth adlı bir qızın xilas olunduğundan sonra ortaya çıxıb.