Azərbaycanlı müğənni Natavan Həbibi Dağıstanın əməkdar artisti adına layiq görülüb.

Mükafatı ifaçıya Dağıstan Mədəniyyət Nazirliyinin rəsmisi Beytulla Cavadov təqdim edib.

Natavan Həbibinin təltif edilməsi ilə bağlı sənədi Dağıstan prezidenti Ramazan Abdulatipov şəxsən imzalayıb.
(qafqazinfo.az)