Xarici işlər naziri Elmar Məmmədyarov Doha şəhərində keçiriləcək 16-cı Doha Qlobal Forumunda iştirak etmək üçün mayın 21-də Qətərə səfər edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, forum çərçivəsində E.Məmmədyarovun "Beynəlxalq və regional status-kvo və çağırışlarla üzləşməyin vasitələri" adlı plenar sessiyada çıxışı nəzərdə tutulub.