Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarski ilə görüşüb. 
Mayın 20-də Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarski ilə görüşüb. 
Unikal.org xəbər verir ki, görüşdə "Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə dəstək" Tvinninq layihəsinin icra vəziyyəti, Bolqarıstan Milli Statistika İnstitutu ilə əməkdaşlıq perspektivləri müzakirə edilib. 
Sergey Tsvetarskini salamlayan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov cari ilin yanvarında Tvinninq layihəsinin ikinci fazasının təqdimatı ilə bağlı keçirilən konfransı xatırladıb. Avropa İttifaqının dəstəyi ilə keçirilən bu layihənin Azərbaycan statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasına xidmət etdiyini bildirib. Layihəyə Almaniya, Bolqarıstan, Çexiya və Niderlandın statistika orqanlarının cəlb olunduğunu diqqətə çatdırıb. Tahir Budaqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar barədə də məlumat verib. Milli statistika sisteminin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması sahəsində görülən işlər və gələcək layihələrdən bəhs edib, bütün sahələrdə işlərin planlaşdırılmasında, iqtisadi inkişafa nail olunmasında dəqiq statistikanın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Qeyd olunub ki, Dövlət Statistika Komitəsi bir sıra beynəlxalq qurumlarla, o cümlədən BMT-nin bir çox struktur bölmələri- UNDP (BMT-nin İnkişaf Proqramı), UNFPA (BMT-nin Əhali Fondu), Beynəlxalq Əmək Təşkilatı, YUNESKO, Dünya Bankı və Avrostat kimidigər təşkilatlarla səmərəli əməkdaşlıq edir.
Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarski səmimi görüşə görə məmnunluğunu ifadə edib, cari ilin yanvar ayında Bakıya səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edildiyini xatırladaraq bu görüşün onun yaddaşında dərin iz buraxdığını vurğulayıb. O, Dövlət Statistika Komitəsinin tərəfdaş ölkələrlə, beynəlxalqtəşkilatlarla fəal əməkdaşlıq etdiyiniyüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Dövlət Statistika Komitəsi iləBolqarıstan Milli Statistika İnstitutu arasında həyata keçirilən proqramlar və əməkdaşlıq barədə danışanSergey Tsvetarski əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb.
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında məsələlər də müzakirə edilib.
Elə həmin gün "Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək" Tvinninq layihəsi çərçivəsində idarəetməkomitəsinin
2-ci iclası da keçirilib. İclasda Dövlət Statistika Komitəsi, İqtisadiyyat Nazirliyi, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, Azərbaycanda İnstitusional Quruculuq Proqramına Dəstək Layihəsi (SİBA) və Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirliyinin təmsilçiləri iştirak ediblər. Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Vahab Məmmədov, Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarski layihənin gedişi barədə məlumat veriblər.
İclasda Tvinninq layihəsinin üstünlükləri diqqətə çatdırılaraq müxtəlif təqdimatlarla çıxışlar dinlənilib. Layihənin ikinci rübü ərzində nəzərdə tutulan işlərin yerinə yetirilməsi müzakirə edilib, meydana çıxan problem və çətinliklərin həlli yolları araşdırılıb, qarşıda duran məsələlərin və planlaşdırılan tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə dair genişfikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, hesabat rübü ərzində Aİ-yə üzv dövlətlərin 
12 eksperti tərəfindən 6 qısamüddətli ekspert missiyaları həyata keçirilib. Bu missiyaya 14-dən çox iştirakçı qatılıb. Aİ-nin müxtəlif üzv dövlətlərindən olan qısa müddətli ekspertlər tərəfindən həyata keçirilən missiyalar Dövlət Statistika Komitəsinin əməkdaşlarına müxtəlif statistika sistemlərinə dair nümunələrlə tanış olmaq imkanı yaradıb. 
Tədbirdə qarşlıqlı maraq doğuran suallar da cavablandırılıb.