"Azərbaycan Beynəlxalq Bankında toksik aktivlərin təmizlənməsi işləri davam edir".
 
Bunu jurnalistlərə müsahibəsində maliyyə naziri Samir Şərifov deyib.
 
Mərkəzi Bankın ABB-də toksik aktivlərin qiymətləndirilməsinin aparıldığını deyən S. Şərifov bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının normativ sənədlərinə uyğun olaraq bankların aktivlərinin təsnifləşdirilməsi həyata keçirilir: "Təsnifləşdirilməyə əsasən bu kreditlərin problemli və yaxud problemsiz olması müəyyən edilir. Həmin təsnifləşdirməyə əsasən Beynəlxalq Bankda aktivlər kifayət qədər yüksək səviyyədə problemli, yaxud toksiki hesab olunmuşdu. Proses davam edir. Onu nəzərə almaq lazımdır ki, devalvasiya ilə əlaqədar bu bankda bir qədər də problemlər özünü büruzə verib. Şübhəsiz ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yenidən aktivlər təsnifləşdiriləcək. Nəticə də problemin daha dəqiq səviyyəsi müəyyənləşdiriləcək".("APA-Economics")