Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Yasamal rayonu Şərifzadə küçəsi 130A ünvanında mənşəyi məlum olmayan maddə ilə qəsdən qurudulmasına cəhd göstərilən yaşıllıq sahəsi himayəyə götürülüb.

ETSN-in mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, nazirlik tərəfindən yaşıllıq sahəsinə münbit torpaq və gübrə gətirilib, 21 ağacın qurumasının qarşısının alınması üçün ağaclara aqrotexniki qulluq göstərilib.

Xatırladaq ki, 23 iyul 2018-ci il tarixində Yasamal rayonu, Şərifzadə küçəsi 130A ünvanındakı yaşıllıq ərazidə ağacların dibinə mənşəyi məlum olmayan maddə tökülüb. Bununla bağlı Nazirliyin əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görülüb.