Xəbər verdiyimiz kimi Azərbaycanda prodakşn rəhbəri insanları aldadaraq "Space" televiziyasına işə düzəldəcəyi vədi ilə 500 min manatdan çox pul yığaraq ölkəni tərk edib.

"Space" Müstəqil Teleradio MMC məsələ ilə bağlı Unikal.org-a rəsmi münasibət bildirib.Qeyd edilirir ki, əvvəlllər Space telekanalına layihələr təqdim edərək, müqavilə əsasında verlişlər istehsal etmiş, "Azərbaycan Media qrup təşkilatının rəhbəri Ağayev Vüqar Həsənağa oğlunun barəsində ayrı-ayrı vətəndaşlar tərəfindən onun qanuna zidd hərəkətləri haqqında məlumatlar daxil olmağa başlayıb.Vətəndaşların yazdığı ərizələrdən görünür ki, o Space  telekanalının və başqa təşkilatların adından sui-istifadə edərək qanunsuz hərəkətlərə yol vermişdir. "Vətəndaşların müraciətlərinə baxılması haqqında Azərbaycan Respublikası qanununa uyğun olaraq həmən ərizələr Space telekanalıtərəfindən  aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına göndərilmişdir. 

Həmin ərizəni sizə təqdim edirik.