"Realdan "Yuventusa keçən Kriştiano Ronaldo tibbi baxışdan keçdikdən sonra nəticələr həkimləri şoka salıb.

Unikal.org xəbər verir ki, nəticələrə əsasən, Ronaldonun durumunu 20 yaşlı insanın orqanizmi ilə müqayisə etmək olar. Onun bədənində piyin miqdarı cəmi 7 faiz olub. Yaşı nəzərə alsaq, normada bu, 10-11 faiz olmalıdır.

Ronaldonun bədəninin əzələ kütləsi isə 50 faiz təşkil edib. Bu yaşda orta göstərici isə 46 faiz hesab olunur.

Ronaldo DÇ-2018-də keçirdiyi oyunlarda 33,9 km məsafə qət edib.