"Azərbaycan artıq dolma ilə bağlı faylları UNESCO-ya təqdim edib və bu faylların ölkəmizin xeyrinə qəbul edəcəyinə inanırıq".
Unikal.org xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə Anspress-ə məlumat verib. Onun sözlərinə görə, dolmanın Azərbaycan və türk dünyasının mətbəxtinə aid olması faktlarına UNESCO tərəfindən gələn ilin payız aylarında baxılmalıdır.
"Bilirsiniz ki, UNESCO-nun qeyri-mədəni irs üzrə konvensiyasına uyğun olaraq, hər bir ölkə öz fayllarını UNESCO-ya verə bilir. Biz dolma ilə bağlı faylları ilk dəfədi ki, bu quruma təqdim etmişik. Bundan başqa, çalışırıq ki, tək Azərbaycanda deyil, dolması olan bir çox ölkələrlə bu mövzuda müzakirələr aparaq. Ümumi fikir isə budur ki, dolmanı UNESCO tərəfindən dünya qeyri-maddi irsi siyahısına daxil etmək istəyirik".
Lakin bu elə də asan proses olmayaacaq. Bunu nazirliyin rəsmisi də etiraf edir. Vasif Eyvazzadə qarşıda bir çox problemlərlə də qarşılaşacalarını bilir.
Ermənilər tək dolmaya yox, bir çox mədəni irs elementlərinə iddialarını, oğuruq cəhdlərini nəzərə alsaq bu dəfə də onların təxribatlar gözləniləndir. "Azərbaycan UNESCO-ya nəsə təqdim edəndə onlar öz təxribatçı fikirlərini səsləndirirlər. Onlar hər bir şeyi erməniləşdirməyə, milliləşdirməyə çalışırlar. Amma Azərbaycan tərəfi hər zaman ümumbəşəri, konstruktiv mövqe tutur".
Onun fikrincə, mədəni irsi milliləşdirməkdən daha çox onu müxtəlif xalqlar və mədəniyyətlər arasında birləşdirici roluna önəm vermək lazımdır ki, bu da, konvensiyanın əsas prioritetidir. Vasif Eyvazzadənin sözlərinə görə, Azərbaycan da mənbədən çıxış edərək öz mövqeyini ortaya qoyur və hər dəfə də ölkəmizin təqdim etdiyi fayl UNESCO tərəfindən yüksək qiymətləndirir.
Ermənistanın mədəniyyət naziri Asmik Poqosyan Azərbaycan tərəfinin dolma ilə bağlı UNESCO-ya fayl təqdim etməyini təəccüblə qarşılayıb. Oğurluğa adət etmiş ermənilərin naziri iddia edir ki, "tolma" - "toli" sözündəndir, mənası isə üzüm yarpağı deməkdir. "Dolma hazırlamaq üçün lazım olan farş üzüm yarpağına qoyulub, bükülür və bişirilir. Hətta, aşpaz Vilyam Paxlebnik də öz kitabında bu yeməyi erməni xalqının milli yeməyi kimi təqdim edib. Sadəcə uzun illər Ermənistan Türkiyə və İran arasında bölüşdürülmə mövqeyində qalıb, ona görə də hamı bu yeməyi türk mətbəxinin yeməyi bilir".