Aralıq dənizi üzərində qəzaya uğrayan Misir Hava Yollarına ("EgyptAir") məxsus Airbus A320 təyyarəsində ABŞ Prezidenti Barak Obamanın məsləhətçisi də olub.
 
ABŞ prezidentinin müşaviri Liza Monako qəzaya uğrayan təyyarədə olub.
 
Ağ Evin yaydığı məlumata görə, ABŞ Prezidenti Barak Obama Vaşinqtonda milli təhlükəsizlik və terrorizmlə mübarizə üzrə müşaviri itkin düşməsi barədə brifinq keçirib.
 
Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov isə təyyarənin qəzaya uğramasını terakt adlandırıb.
 
Ağ Evin mətbuat katibi Coş Ernest isə qəzanın səbəbləri haqda danışmağın hələ tez olduğunu açıqlayıb.
 
Qeyd edək ki, təyyarə qəzaya uğrayan zaman göyərtəsində 66 nəfər olub.(Axar.az)