Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Əhməd Davudoğlunu qəbul edib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, vəzifəsindən istefa verən Davudoğlunun Ərdoğana vida ziyarəti olaraq dəyərləndirilib.
Qeyd edək ki, baş nazir Əhməd Davudoğlu ilə prezident Ərdoğan mayın 4-ü həyata keçirdiyi kritik görüşdə razılığa gələ bilməmiş, AKP-nin yeni liderini seçmək üçün növbədənkənar qurultayının keçirilməsinə qərar verilmişdi.
Partiyadan bu gün verilən açıqlamada, mayın 22-də keçiriləcək qurultayda vahid namizədin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırım olduğu bildirilib.