Qondarma "Dağlıq Qarabağ Respublikası"nın (DQR) prezidenti Bako Sahakyan bu gün cəbhənin cənub istiqamətində yerləşən hərbi hissəyə gedib.
Unikal.org Ermənistan KİV-nə istinadən xəbər verir ki, Sahakyan səfəri zamanı hərbçilərin xidmət şəraiti ilə bağlı məlumat alıb və və bir sıra mövzularda talimatlar verib.
Sahakyana qondarma rejimin müdafiə naziri Levon Mnatsakanyan və başqa rəsmilər yoldaşlıq edib.