Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Maastrixt Menecment Məktəbinin prezidenti Rene van der Lindenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə unikal.org-a nazirlikdən bildirilib.
Məlumata görə, K.Heydərov Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat verib. Niderlandın uyğun qurumları ilə əməkdaşlıqdan bəhs edən K.Heydərov bildirib ki, su resurslarının idarə olunması və daşqınların qarşısının alınması istiqamətində sıx əməkdaşlıq mövcuddur.
Rene van der Linden bildirib ki, qarşılıqlı səfərlərin həyata keçirilməsi ikitərəfli faydalı əməkdaşlığın inkişafına təkan verir.
Görüşdə Niderland Krallığının Limburq əyalətinin iqtisadiyyat və bilik infrastrukturu naziri Tvan Beurskens uyğun sahələr üzrə əməkdaşlığın inkişafına dair fikirlərini bölüşüb.