Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti cəbhənin ön xəttində inşa edilmiş infrastrukturun açılışında iştirak ediblər.

Müdafiə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, yeni qərargah binası, əsgər yataqxanası və yeməkxanada yaradılan şəraitlə tanış olan Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib.