Havaların istiləşməsi krevetka və hisə verilmiş balıqlara tələbatı artırıb.

Unikal.org Xezerxeber.az-a istinadən məlumat verir ki, yay mövsümü gəlsə də, balıqlara olan tələbat azalmayıb. Ən çox alınan isə dəniz balıqlarıdır. Tələbatın daha çox olduğu digər məhsul isə krevetkadır. Satıcılar bildirirlər ki, gün ərzində 10 kiloqrama yaxın dəniz məhsulu satırlar. Bu da soyuq fəsillərdəki illə müqayisədə bir neçə dəfə çoxdur.

Satıcıların sözlərinə görə, tələbatın artmasına baxmayaraq qiymət dəyişməyib. Hisə verilmiş balıq və krevetka əsasən kafe və restoranlar üçün alınır.

Satıcılar bildirirlər ki, yaxın vaxtlarda istər balığın, istərsə də digər dəniz məhsullarının qiymətində artım gözlənilmir.