Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün İrəvanda səfərdədir.

Unikal.org Ermənistan KİV-nə istinadən xəbər verir ki, rotasiya qaydalarına uyğun olaraq QDİƏT-də sədrlik Azərbaycan Respublikasına keçəcək və nazir müavini Mahmud Məmmədquliyev sədrliyi qəbul edəcək.