Xətai rayonu Əhmədli qəsəbəsində irigövdəli ağaclar kəsilir. 

Unikal.org-un məlumatına görə, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Əsasən Telnov küçəsi 8-də ağaclar kəsilir və sakinlər bildiriblər ki, onların etirazına məhəl qoyulmur.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Pənah İmanov Unikal.org-a açıqlamasında bildirib ki, ağaclar Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər yaşıllaşdırma birliyinin icazəsi əsasında kəsilib.

"Sözügedən qurumlar tərəfindən ağacların kəsilməsi, götürülməsi və yerində yenilərinin əkilməsi ilə bağlı sənəd var. Orada qovaq ağacları qocaman olduğundan kəsilib. Yerində ağaclar əkiləcək.