Bu gecə Daşkəsəndəki leysan yağışları nəticəsində rayonun kəndlərini elektrik enerjisi ilə təmin edən 3 əsas xətdə problem yaranıb. 

Unikal.org xəbər verir ki, rayonun elektrik enerjisi infrastrukturuna ziyan dəyib. Enerjisi verilişində əsas problemlər Daşkəsənin çayqırağı kəndlərində qeydə alınıb. Əməkdaşlarımız,mai-material və texnikamız gecədən etibarən hadisə yerinə göndərilib. Onların səyi nəticəsində fəaliyyəti dayanmış 3 elektrik verilişi xətlərindən 2-nin işi artıq bərpa edilib. Əsas ziyan dəymiş kəndlərdən olan Xoşbulaq kəndinə elektrik enerjisinin verilişi 2 saata bərpa olunacaq. Qaraqullar kəndində elektrik enerjisinin bərpası üçün də işlər aparılır. Təbii fəlakət nəticəsində həmin kəndə gedən yollar bağlandığı üçün mal-material və texnikamızı əraziyə apara bilməmişik. 

Təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün əraziyə yeni dayaqlar gətirilib.