Dünən Bakubus-a məxsus 13 nömrəli sərnişin avtobusunda olan sərnişinlərdən biri pul itirib. İri məbləğdə pulu tapan gənc müğənni Baris Bayramov deyir ki, tapdığı pulu sahibinə qaytarmaq, mübarək ramazan ayında pulu itirən şəxsisevindirmək istəyir.

Unikal.org xəbər verir ki, Qaya vokal ansamblının solisti, müğənni Baris Bayramov nümunəvi addım atıb. O avtobusda tapdığı külli miqdarda pulun sahibini axtarır.

Onun sözlərinə görə pul vəsaiti portmanatda olmayıb. Sərnişinlərdən birinin cibindəki pul oturacağın kənarına düşüb.

Baris Bayramov deyir ki, tapdığı pulu sahibinə qaytarmaq, mübarək ramazan ayında pulu itirən şəxsi sevindirmək istəyir.

Məsələ ilə bağlı Bakubus MMC-dən bildirilib ki, əgər kimsə pulunun itdiyini iddia edərsə, o zaman polisin iştirakı ilə kameralara baxıb faktı təsdiqləmək mümkündür. Odur ki, kimsə dünən 13 nömrəli bakubusda pul itirdiyini iddia edirsə o zaman bu haqda Xəzər Tv-yə, yaxud bakubusun 0772505757 nömrəli qaynar xəttinə müraciət edə bilər.