Cəfər Cabbarlı adına Teatr Müzeyində iyunun 8-də Azərbaycanın görkəmli aktyoru, xalq artisti Həsənağa Turabovun 80 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.

Bunu "Unikal.org-a açıqlamasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev deyib: 

"Yubiley gecəsini Mədəniyyət Nazirliyi, Dövlər Film Fondu, Cəfər Cabbarlı adına Teatr Müzeyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı təşkil edəcək.  Bundan başqa yubiley gecəsində xalq artisti, Azərbaycan SSR Dövlət mükafatı laureatı, "Şöhrət ordenli olan Həsənağa Turabovun çəkildiyi kinolardan kadrlar nümayiş olunacaq, yaratdığı unudulmaz obrazlar xatırlanacaq, onunla birgə çalışmış aktyorlar, aktrisalar, rejissorlar böyük sənətkar haqda xatirələrini bölüşəcəklər. Həmçinin görkəmli aktyorun həyat və fəaliyyətindən bəhs edən fotosərgi də nümayiş olunacaq".