Meyxanaçı Pərviz Bülbülə ilə duet ortağı olan müğənni Türkan Vəlizadənin düşdüyü qəzanın görüntüləri yayılıb.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, yağışlı havada yol sürüşkən olduğu üçün qəza şəraiti yaranıb.

Hadisə zamanı müğənni həmkarı Zeynəb Həsəni ilə birlikdə olub. Qəza zamanı Türkan Vəlizadənin ayağı və çiyni, Zeynəb Həsənlinin isə çanağı sınıb.

Sənətçilərin hər ikisi xəstəxanaya yerləşdirilib.