Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,64 dollar artaraq 46,85 dollar təşkil edib.
Unikal.org-un məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,62 dollar artaraq 48,45 dollar olub.