Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bəzi rayonlarda sabaha gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Milli Hidrometeorologiya Departamentindən unikal.org-a verilən məlumata görə, mayın 29-dan 30-u gündüzədək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntı ayrı-ayrı yerlərdə leysan xarakterli olacaq. Dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.