Adı pasientləri ilə davada hallanan, onların dodaqlarını yandırmaqda günahlandırılan kosmetoloq Elnarə Rzayeva ittihamları qəbul etmir. Özü haqda yayılan xəbərləri süni dodaq gelinə qarşı mübarizə apardığına görə, rəqib kosmetoloqlar tərəfindən ona qarşı aparılan ''qara piar'' adlandırır.

E.Rzayeva dəfələrlə mətbuat və sosial şəbəkələr vasitəsilə bildirir ki, dünyada süni dodaq gelini əməliyyatsız məhv edən yeganə mütəxəssisdir. Bundan başqa, hamını inandırmağa çalışır ki, gelsiz və əməliyyat edilmədən burunun kiçildilməsini həyata keçirir. Hətta bu ''yeniliyinə'' görə xarici telekanallara dəvət edilməsi ilə öyünür. Elnarə Rzayevanın süni dodaq gelini məhv etmək, burunu kiçiltmək üçün vurduğu bir iynənin qiyməti 400 manatdır. Prosedurun 2 və ya 3 dəfə təkrarlanması mümkün olsa da, 400 manat bir seans üçün nəzərdə tutulub.

Unikal.org Criminal.az-a istinadən xəbər verir ki, süni dodaq geli ilə mübarizə apardığını deyən E.Rzayeva əslində özü də bu prosesdə iştirakçıdır. O, izləyicilərinin ''süni dodaq geli vursunuzmu'' suallarına müsbət cavab verir, hətta qiymətlərini də açıqlayır. Bu fakt göstərir ki, E.Rzayevanın süni dodaq geli ilə mübarizəsinə görə rəqibləri tərəfindən hücum edilməsi ilə bağlı fikirləri özünümüdafiədir. E.Rzayeva bir ədədi 400 manat olan ''sehrli'' iynə haqda isə açıqlama vermir.

Məhşur Estetik və Plastik Cərrahiyyə Uzmanı Mircəfər Seyid süni dodaq gelinin iynə vasitəsilə və əməıliyyatsız yox edilməsini tam inkar edir. O, Criminal.az saytına açıqlamasında bildirdi ki, uzun illər ərzində Azərbaycanda silikon biopolimer inyeksiya olunan yüzlərlə insan var. Onların bir çoxu, xüsusilə allergik insanlar böyük problemlərlə üzləşirlər. İnsanlar çox vaxt silikon gel ilə silikon implant qarışdırılır. Bunlar fərqli materiallardır. Silikon impolantlar orqanizmdə ömürlük qalar və hər hansı zərərli təsiri olmaz. Ancaq silikon gel barədə bunu demək çətindir.

Cərrahın sözlərinə görə, silion gellər bədən tərəfindən sorulmayan və kənarlaşdırılmayan, zaman keçdikcə fibrotik toxuma dediyimiz yad toxumaya çevrilən meterialdır: ''Xusisilə iki-üç il ərzində problem çıxartmayıb, ondan sonra daha fərqli assimetriya və deformasiyalar əmələ gətirir. Həm morfolojik, yəni quruluş olaraq, həm də funksional problemləri bərəbarində gətirməkdədir. Ölkəmizdə dodağa süni gel inyeksiyası olunan xeyli sayda qadınlar var. Onlar düşünürlər ki, həmin gel tamimlə çıxarıla bilir və ya hər hansı prosedurla əridilə bilir. Təəssüf ki, əlimizdə belə bir imkanlar yoxdur. Xüsusən dodaq nahiyəsində olan vulqar görüntünün, deformasiya və assimmetriyaların ləğvi üçün cərrahi müdaxilə lazımdır. Ancaq bu da suni gelin tamamilə insan oranizmindən kənarlaşdırılması anlamına gəlmir. Gelin müəyyən hissəsi çıxarılır. Burda məqsəd deformasiyanın aradan qaldırılması, vulqar görüntünün ləğv olunmasıdır''.

M.Seyid qeyd edir ki, süni gelin digər alternativ üsullar - əridərək çıxarmalar, iynə inyeksiyaları ilə əridilmə absurd fikirlərdir: ''Çünki suni gel bədəndən xaric olunmur. Bəzən üzün digər nahiyələrində, xüsusən üz sinirinə yaxın nahiyələrdə olduqda süni gelin çıxarılması daha təhlükəlidir. Üz sinirinin iflici kimi problemlərə gətirib çıxara bilər. Digər alternativlər arasında bəzi mütəxəssilər suni gelin tamamilə çıxarılacağını söyləyirlər və dodağın içərisində olan bütün əzələlərlə, struktur toxumalarla birlikdə geli çıxarmağa çalışarkən dodaqda funksional problemlər, qidalanma və ya digər dodaq hərəkətləri əsnasında dodağın funksiyasının pozulması kimi aktlar meydana gəlir. Burda əsas məqsəd vulqar görüntünün və assimetriyanın aradan qaldırılmasıdır. Amma silikon gel iniyeksiyası sonrası problemlər tamamən aradan qalxmır. Bu gunumuzdə də süni gel vurduran insanlar, onu həyata keçirən mütəxəssislər var. İllər öncəyə baxanda bunun sayı qat-qat azalıb''.

Yada salaq ki, E.Rzayevanın əməliyatsız, iynə ilə suni dodaq gelinin məhv edilməsi proseduru da uğursuz nəticələr verib. Onun prosedurlarının qurbanı olduğunu deyən bir neçə şikayətçi Criminal.az saytına üz tuturaq dodaqlarının yandırıldığını, burunlarının isə iynədən sonra kiçilmədiyini bildirmişdi. Onlar arasında Validə Firidunova, Aygün Məmmədova, G.O-ova, X.F.-eva və digərləri var. Onlar başlarına gələnlərə bağlı E.Rzayevaya müraciət edəndə təhqir və şantajlara məruz qaldıqlarından hüquq-mühafizə orqanlarıa müraciət ediblər.

Hazırda V.Firidunovanın döyülməsi ilə bağlı E.Rzayevanın barəsində Nəsimi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb. X.F-yeva, G.O-ova, A.Məmmədova digər bir neçə pasient paytaxtın müxtəlif rayon Məhəkəmələrində E.Rzayevaya qarşı iddia qaldırıblar.
Bu istiqamətdə araşdırmalarmızıı davam etdiririk. Yaxın günlərdə özünü E.Rzayevanın prosedurunun qurbanı hesab edən şəxslərlə bağlı materialları oxuculara təqdim edəcəyik.