28 May - Respublika Günü münasibətilə bu gün saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları olacaq.

Unikal.org  Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, orkestrlər müəyyən edilmiş 6 yerdə çıxış edəcəklər:

- Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında);
- Dənizkənarı Milli Parkda (Az.Neft meydanı qarşısındakı Dövlət Bayrağının önündə);
- Fəvvarələr meydanında;
- Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında;
- Zərifə Əliyeva parkında;
- Zabitlər parkında.