Arizona ştatının alimləri belə nəticəyə gəliblər ki, insan fəlaliyyəti təkcə insanlar arasında deyil, heyvanlar və bitki aləmində də onkoloji xəstəliklərin geniş yayılmasına birbaşa təsir edir.

Unikal.org deyerler.org-a istinadən bildirir ki, bəd xassəli şişlərin inkişafına səbəb olan amillərdən atmosfer və hidrosferin kimyəvi çirklənməsini, nüvə qurğularından radiasiya şüalarının yayılmasını, pestisidlərin istifadə olunması qeyd olunur.

Eyni zamanda qlobal iqlim çirkənməsi təbiətdə və sutka nizamında dəyişikliklərə yol açır ki, bu da öz növbəsində insanlarda hormonal pozğunluqlara gətirir, nəticədə onkoloji xəstəliklər genişlənir.