Bakının Heydər Əliyev prospektində (Mərdəkan körpüsünədək) bütün zolaqlar üzrə nəqliyyat vasitələrinin hərəkət sürətinin həddi 20 km/saat endirilib.

Bu barədə Unikal.org-a Bakı Nəqliyyat Agentliyinin (BNA) şöbə müdiri Mais Ağayev bildirib.

Qurum rəsmisinin sözlərinə görə, atılan addım mövcud hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etmək məqsədinə xidmət edir.