Prezident İlham Əliyevin oğlu Heydər Əliyev təhsil aldığı "ADA Universitetindən məzun olub.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün "ADAdan məzun olanlar üçün tədbir keçirilib.

Tədbirdə H.Əliyevin valideynləri - Pezident İlham Əliyevlə xanımı Mehriban Əliyeva da iştirak edib. Dövlət başçısı tələbələr qarşısında çıxış edərək onları təbrik edib və gələcək həyatlarında uğurlar arzulayıb

Bu tədris ilində ADA universitetində 11 ixtisas üzrə 530 tələbə məzun adını qazanıb.

Qeyd edək ki, 2013-cü ildə 590 bal toplayaraq "ADA Universitetinə qəbul olan H.Əliyev Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alıb.

Sosial şəbəkələrdə prezidentin tələbələr qarşısında çıxışını əks etdirən görüntülər yayılıb. Onlardan birini təqdim edirik: