Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Hərbi Dəniz Qüvvələrində "Müasir dövrdə dini təhlükəsizlik, ictimai-siyasi təhlükəsizliyin prioritet istiqamətləri mövzusunda tədbir keçirilib.

Nazirlikdən unikal.org-a verilən məlumata görə, DQİDK sədrinin müavini Səyavuş Heydərov dini radikalizmi doğuran səbəblərdən, İslam dünyasında baş verən proseslərdən danışıb. O bildirib ki, radikalizmi doğuran başlıca səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq və yanlış yönləndirilmədir.

Birinci dərəcəli kapitan Natiq Bağırov çıxış edərək milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə iştirakçılara geniş məlumat verib.

Tədbirin sonunda iştirakçılara "Şəhadət filmi nümayiş etdirilib.