Bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində fərdi şəxsi hesabı açılan xarici ölkə vətəndaşlarının sayı 2129 nəfər artaraq 29 994 nəfərə çatıb. Həmin şəxslərdən 89,1 faizi kişilər, digərləri qadınlardır.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən unikal.org-a daxil olan xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə sistemdə qeydiyyata alınan əcnəbilərin sayı 990 nəfər çoxalıb.

Hazırda fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilər sırasında Тürkiyə, Gürcüstan, Rusiya, Hindistan, İran, Çin, Banqladeş, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Pakistan, Ukrayna, Filippin və s. ölkələrin vətəndaşları daha çoxdurlar. Ümumilikdə sistemin əhatə etdiyi xarici ölkə vətəndaşları 120-ə yaxın ölkəni təmsil edirlər.