Mayın 12-də gecə saatlarında Diyarbəkirdə partlayış olub.

Unikal.org-un Türkiyə mətbuatına istinadən məlumatına görə, Diyarbəkirin Sur vilayətində güclü partlayış baş verib.

Əraziyə çoxsaylı təhlükəsizlik qüvvələri və təcili tibbi yardım maşınları cəlb olunub.

Qeyd edək ki, hadisə nəticəsində 4 nəfər ölüb, 10-dan artıq insan yaralanıb.