Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç və Avropa Olimpiya Komitələrinin baş katibi Raffaele Pagnozzi İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik ediblər.

Unikal.org-un məlumatına görə, təbrik məktubunda bildirilir: "Bu qələbə Sizin əvvəlki illərdə dövlət başçısı vəzifəsində həyata keçirdiyiniz mükəmməl fəaliyyətin yüksək qiymətləndirilməsi, həmçinin Azərbaycan xalqının ölkənin tərəqqisinin hərəkətverici qüvvəsi kimi Sizə bəslədiyi etimadın göstəricisidir. Məhz Sizin rəhbərliyinizlə Bakıda və ölkənin bütün regionlarında inkişaf və yenidənqurma, eləcə də müasirləşmə işlərinin geniş vüsət alması Azərbaycanı dünyanın diqqət mərkəzinə çevirib.