"Azərbaycan dünyada ən təhlükəsiz dövlətlərdən biridir. Azərbaycanın daxilində heç bir təhlükə yoxdur".

Unikal.org xəbər verir ki, bunu "Reportun sualını cavablandıran Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyevdeyib.

Onun sözlərinə görə, yalnız ölkədən kənarda Azərbaycana qarşı siyasət aparanlar var: "Bunun da qarşısı ölkə rəhbərliyi tərəfindən alınır. Hazırda heç bir təhlükə yoxdur. Hamı rahat şəkildə səsvermədə iştirak edə bilir. Seçki aktiv gedir. İnsanlar gəlir, öz siyasi iradəsini bildirir. Biz xoşbəxt adamlarıq. Azərbaycan dünyada tanınır. Prezident İlham Əliyev 9 apreldə öz fikirlərini və gələcək proqramını da dedi. Bilirsiniz ki, verilən vədlərin hamısı yerinə yetirilir".

Qeyd edək ki, hazırda ölkədə Prezident seçkiləri keçirilir.