"BMT qətnamələrinə uyğun olaraq biz ölkələrin ərazi bütövlüyü və milli birliyinin qismən və ya ümumi parçalanmasına yönəlik bütün cəhdlərə qətiyyətlə etiraz etməkdə davam edəcəyik. Bununla biz dövlətlərin suverenliyi, daxili işlərinə qarışmamaq, münaqişələrin sülh yolu ilə həllinə təhdidlərdən və güc tətbiqindən yayınmaq prinsiplərini davam etdirəcəyik".

Unikal.org-un məlumatına görə, bu, Qoşulmama Hərəkatının Bakıda keçirilmiş aralıq nazirlər konfransının yekununda qəbul edilmiş Bakı Bəyannaməsində əksini tapıb.

Bəyannamədə bildirilir ki, sivilizasiyalar arasında səmərəli dialoqu qurmaq məqsədilə 2008-də Azərbaycan tərəfindən başladılan "Bakı prosesi" mədəniyyətlərarası dialoqun inkişafı üçün açar platforma kimi dəyərləndirilir.