Erməni mətbuatında yayılan fotoda təqdim edilən kvadrokopter Çin istehsalı olan və məişət texnikası mağazalarından rahatlıqla alına biləcək qurğudur.

Unikal.org xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Qeyd edək ki, Ermənistan mətbuatı dünən təmas xəttində Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) vurulduğu barədə məlumat və fotoşəkil yayıb.

Müdafiə Nazirliyi isə bildirir ki, həmin kvadrokopter yəqin ki, hansısa Novruz bayramı şənliyinin çəkilişində, ya da uşaqların oyunu zamanı ermənilərin əlinə keçib.