Azərbaycan, Gürcüstan, İran və Türkiyə arasında bəyannamə imzalanıb.

Unikal.org-un xəbərinə görə, bəyannamə bu gün Bakıda keçirilən dörd ölkənin xarici işlər nazirlərinin görüşü zamanı imzalanıb.

"Artıq Bakı bəyannaməsini imzaladıq. Bu, çox önəmli sənəddir. Qərara gəldik ki, növbəti görüş Gürcüstanda keçirilsin. Həmin vaxta kimi növbəti görüşlə bağlı fəaliyyət planı üzərində işlərimizi quracağıq, - Azərbaycan XİN başçısı Elmar Məmmədyarov deyib.