İmişli rayonunda qadın kanala düşərək ölüb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, İmişli rayonunun Məzrəli kənd sakini, 1944-cü il təvəllüdlü Rzayeva Afiqə Mirsəlim qızı kənd ərazisindən keçən kanala düşərək boğulub.

Onun meyiti kanaldan çıxarılıb. Faktla bağlı araşdırma aparılır.