Rusiya İstintaq Komitəsi,Çerkizovski bazarının köhnə sahibi Telman İsmayılovla bağlı rəsmi qərar verib.

Unikal.org xəbər verir ki, Komitənin rəsmi nümayəndəsiSvetlana Petrenko bildirib ki, o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin105-ci maddənin 3-cü bəndinin222-ci maddəsi (qətl) ilə ittiham olunur.

Komitə Telman İsmayılovun rəsmən İnterpol axtarışına verilməsi üçün Rusiya Baş Prokurorluğuna müraciət edib.

Svetlana Petrenko əlavə edib ki, Telman İsmayılov qardaşı Rafiq İsmayılovla birgə biznesmenlər Vladimir Savkin və Yuri Brılevin qətlində günahkar bilinir.

"Qətli isə Mehman Kərimov törədib. Hadisə ilə bağlı, hazırda Rafiq İsmayılov və Mehman Kərimov həbsdədirlər. Komitə Telman İsmayılovun rəsmən İnterpol xətti ilə axtarışına verilməsi üçün Rusiya Baş Prokurorluğuna lazımi materiallar göndərib".