Naftalan rayonunda avtoyuma məntəqəsində çalışan şəxsi elektrik cərəyan vuraraq öldürüb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Naftalan şəhərində yerləşən avtoyuma məntəqəsində baş verib.

Belə ki, avtoyuma məntəqəsində maşın yuyan, hələlik kimliyi açıqlanmayan, Xocalı rayonundan məcburi köçkün olan orta yaşlı kişini cərəyan vuraraq öldürüb.